Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda səfərdə "Şkendiya"ya (Şimali Makedoniya) qalib gəlib.
"Todor Proeski” stadionunda keçirilən matçda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qolu 18-ci dəqiqədə Toral Bayramov penaltidən qola çevirib.
Qeyd edək ki, tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.
İki görüşün nəticəsinə əsasən qələbə qazanan kollektiv pley-off mərhələsində “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” cütünün qalibi ilə üz-üzə gələcək.