Konfrans Liqası: Böyük hesabla qələbə qazanan “Sabah” növbəti mərhələyə keçib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Petrokub”a (Moldova) qalib gələn “Sabah” növbəti raunda adlayıb.


LIVE.az xəbər verir ki, Əlincə stadionunda baş tutan matç Bakı təmsilçisinin 4:1 hesablı qələbəsi ilə bitib.


“Bayquşlar”ın heyətində Coy Lens Mikels (21,28, 44) het-trik edib. Digər qolu isə Pavol Şafranko (45+2) qonaqların qapısından keçirib. Moldova kollektivinin qolu 42-ci dəqiqəyə təsadüf edib. Ev sahiblərinin heyətində Stiv Solvet (42) avtoqol müəllifi olub.


Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda bakılılar 2:0 hesablı qələbəyə sevinmişdi.


Beləliklə, iki görüşün nəticəsinə əsasən “Petrokub”u mübarizədən kənarlaşdıran “Sabah” adını III təsnifat mərhələsinə yazdırıb. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv pley-off mərhələsində “Braqa” (Portuqaliya) ilə qarşılaşacaq.

Şərhlər
İdman bölməsinin xəbərləri