Çempionlar Liqası: İrlandiya təmsilçisinə qalib gələn "Qarabağ" növbəti mərhələyə adlayıb

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qalib gələn “Qarabağ” növbəti raunda adlayıb.


 Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.


Yeganə qol 44-cü dəqiqədə vurulub.  Con Martin avtoqol müəllifi olub. 68-ci dəqiqədə meydan təyin edilən penaltini qola çevirə bilməyib.


 Dublində baş tutan ilk oyunda “köhlən atlar” 3:0 hesablı qələbəyə sevinmişdi.


Beləliklə, iki görüşün nəticəsinə əsasən “Şelburn”u mübarizədən kənarlaşdıran “Qarabağ” adını III təsnifat mərhələsinə yazdırıb. Komanda  növbəti pley-off mərhələsinə  “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.



Şərhlər
İdman bölməsinin xəbərləri