Ermənistan Prezidenti Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayıb

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik (Zəngəzur dəhlizi - red.) sakinlərinə Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının vacibliyindən danışıb.


O, bunu Sünikdə keçirilən görüşdə bildirib.


"Əgər biz Sünikin qapılarını aça bilsək - 43 kilometrin imkanlarını nəzərdə tuturam, əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar təqdim edəcək. Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır", - V.Xaçaturyan vurğulayıb.




Report, News.am 

Şərhlər
Siyasət bölməsinin xəbərləri