UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Şelburn" (İrlandiya) - "Qarabağ" matçında üçüncü qol vurulub.
Dublindəki "Tolka Park" stadionunda keçirilən görüşdə Ağdam klubu hesab arasındakı fərqi üç topa yüksəldib - 3:0.
Qarşılaşmanın 13-cü dəqiqəsində Leandro Andrade rəqib qapısına yol tapıb.
Qarşılaşmanın 81-ci dəqiqəsində Aleksey Kaşuk meydan sahiblərini cəzalandırıb.
Qarşılaşmanın 85-ci dəqiqəsində Nəriman Axundzadə meydan adını tabloya yazdırıb.
Cavab görüşü bir həftə sonra iyulun 30-da Bakıda keçiriləcək.