“Çelsi" böyükhesablı qələbə ilə dünya çempionu olub

ABŞ-də keçirilən klublararası dünya çempionatının qalibi bəlli olub.


Final oyununda Fransanın PSJ klubu İngiltərə təmsilçisi “Çelsi” ilə üz-üzə gəlib.


Qarşılaşma “Çelsi”nin böyükhesablı qələbəsi ilə bitib. İngilislər fransızları üç dəfə məyus edib.


London təmsilçisinin heyətində Koul Palmer iki (22, 30-cu dəqiqə), Joau Pedro (43) bir dəfə fərqlənib.


“Çelsi” tarixində ikinci dəfə Klublararası Dünya Çempionatının qalibi olub. Komanda 2021-ci ildə finalda Braziliyanın “Palmeyras” komandasına əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək turnirin birincisi seçilib. 2012-ci ildə isə “Çelsi” finalda Braziliyanın “Korintians” klubuna 0:1 hesabı ilə uduzub.


PSJ isə ilk dəfə Klublararası Dünya Çempionatında iştirak edib.


Qeyd edək ki, PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" isə Konfrans Liqasının qalibi olub.

Şərhlər
İdman bölməsinin xəbərləri