Azərbaycanda evliliklərin davametmə müddəti açıqlanıb

Azərbaycanda evliliklərin davametmə müddəti açıqlanıb.


LIVE.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə 21 min 688 boşanma qeydə alınıb.


Belə ki, pozulan 5 min 814 nikah 5 ilə qədər davam edib.


Həmçinin sözügedən dövrdə 5-9-il müddətinə davam edən nikahlardan 5 805-i pozulub.


Bundan əlavə, 7 min 735 nikah 10-19 il sürüb.


20 ildən çox davam edən 2 min 334 nikah isə 2023-cü ildə sona çatıb.

Şərhlər
Sosial bölməsinin xəbərləri