Almaniya klubu Mahir Emrelinin transferini rəsmən açıqlayıb

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya təmsilçisi "Kayzerslautern"ə transfer olunub.


 27 yaşlı forvard II Bundesliqa klubunda 10 nömrəli formanı geyinəcək.


O, yeni komandası ilə 3 illik sözləşmə imzalayıb.


Qeyd edək ki, Mahir Emreli ötən mövsümü Almaniyanın digər klubu "Nürnberq"in heyətində keçirib.

Şərhlər
İdman bölməsinin xəbərləri