Konfrans Liqası: "Zirə" və "Araz-Naxçıvan"ın II təsnifat mərhələsindəki rəqibləri bəlli olub

"Zirə" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri bəlli olub.


Paytaxt təmsilçisi bu raundda "Hayduk" (Xorvatiya) ilə üz-üzə gələcək.


"Zirə" ilk matçı evdə, cavab görüşünü səfərdə keçirəcək.


"Araz-Naxçıvan" isə "Aris" (Yunanıstan) kollektivi ilə qarşılaşacaq. Naxçıvan klubu rəqibini öncə doğma meydanda, sonra səfərdə sınağa çəkəcək.


Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.

Şərhlər
İdman bölməsinin xəbərləri