Putin və Tramp Rusiya-ABŞ əməkdaşlığının bərpası perspektivlərini müzakirə ediblər



Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp telefon danışığı zamanı ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.


“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.


"Prezidentlər müxtəlif istiqamətlərdə Rusiya-ABŞ əməkdaşlığının bərpası perspektivləri barədə fikir mübadiləsi aparıblar. Hər iki dövlət başçısının fikrincə, bu, böyük potensiala malikdir", - Y.Uşakov söyləyib.


Onun sözlərinə görə, söhbətin sonunda hər iki lider fikir mübadiləsini müsbət və çox məhsuldar adlandırıb. Prezidentlər Rusiya-Ukrayna nizamlanması da daxil olmaqla, təmasları davam etdirmək barədə razılığa gəliblər.

Şərhlər
Dünya bölməsinin xəbərləri