Azərbaycanın xarici ticarət dövriyyəsi 24 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.


LIVE.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 24,1 % çoxdur.


Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.


Son nəticədə xarici ticarətdə 651,79 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 4,15 dəfə azdır.


Hesabat dövründə xarici ticarət iştirakçılarının sayı ölkələr üzrə 157 olub. Bu illik müqayisədə bir ölkə azdır.


Xarici ticarət iştirakçılarından fiziki şəxslərin sayı 23 926, hüquqi şəxslərin (şirkətlərin) sayı 8 037 olub. Hüquqi şəxslərin 7 900-ü özəl sektordan, 137-si dövlət sektorundan olub.


Xarici ticarət iştirakçısı olan fiziki şəxslərin sayı illik müqayisədə 1 624 şəxs (7,3 %), hüquqi şəxslərin sayı isə 329 şəxs (4,3 %) artıb. Xarici ticarət iştirakçılarının ümumi sayı isə 1 min 953 şəxs (6,5 %) artıb. 


Dövlət sektorundan hüquqi şəxs iştirakçıların sayı 27 şəxs (16,5 %) azalıb, özəl sektorda isə 356 şəxs (4,7 %) artıb.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri