Mahir Emreli het-trik etdi, “Nürnberq” qələbə qazandı




Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Nürnberq” Almaniyanın 2-ci Bundesliqasında sonuncu - 34-cü tur oyunun keçirib.


LIVE.az xəbər verir ki, komanda səfərdə “Ayntraxt Braunşvayq”la qarşılaşır.


Oyuna start heyətdə başlayan Mahir matçın ilk hissəsində het-triklə yadda qalıb.


Emreli 10-cu dəqiqədə hesabı açıb, 20-ci dəqiqədə komandasının 2-ci, 45+1-ci dəqiqədə isə 3-cü qolunu vurub. O, 20-ci dəqiqədə həm də sarı vərəqə alıb.


Matçın sonuna bir neçə dəqiqə qalmış Emreli əvəz edilib.


Qeyd edək ki, həmyerlimiz mövsümün sonunda komandanı tərk edəcəyinə görə, bugünkü matç onun “Nürnberq”də son oyunudur. 


M.Emreli bu matça qədər 2-ci Bundesliqada 23 oyuna 7 qol vurmuşdu. O, əlavə olaraq kubokda da bir matçda fərqlənib. 


“Ayntraxt Braunşvayq” – “Nürnberq” - 0:4 (Birinci hissə)


Qolllar: Mahir Emreli, 10 (0:1), 20, (0:2), Justvan, 31 (0:3), Mahir Emreli, 45+1 (0:4)

Şərhlər
İdman bölməsinin xəbərləri