Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağ Evin rəhbəri Donald Trampın Suriyadan sanksiyaları götürməklə bağlı qərarını alqışlayıb və digər ölkələri Birləşmiş Ştatların nümunəsini izləməyə çağırıb.
Bu barədə Türkiyə Prezidenti dəftərxanasının onun videokonfrans rejimində qoşulduğu Ər-Riyaddakı dördtərəfli danışıqların yekunlarına dair bəyanatında deyilir.
"Türkiyə Prezident qeyd edib ki, Trampın Suriyaya qarşı sanksiyaların ləğvi barədə qərarı tarixi əhəmiyyət daşıyır. O, əminliyini ifadə edib ki, bu qərar Suriyaya qarşı hələ də sanksiyalar tətbiq edən digər ölkələr üçün nümunə olacaq, müxtəlif sahələrdə yeni investisiya imkanları yaradacaq", - bəyanatda bildirilib.
Ərdoğan həmçinin bildirib ki, Türkiyə Suriyanın sabitliyi və rifahı üçün səy göstərir. Onun sözlərinə görə, yeni Suriya hakimiyyəti regional ölkələrlə əməkdaşlıq edir və Suriya öz qonşuları üçün təhlükə yaratmır.
Bundan əlavə o vurğulayıb ki, Türkiyə Suriyanı terror təşkilatlarına, xüsusilə İŞİD-ə qarşı mübarizədə dəstəkləməyə davam edəcək.
Həmçinin qeyd olunub ki, Ərdoğan Rusiya və Ukrayna arasında atəşkəs danışıqlarının həm liderlər səviyyəsində, həm də texniki səviyyədə dərhal başlanmasına çağırıb.
Report