Rutte: Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir

Ukraynanın NATO-ya daxil olması geri dönməz prosesdir. Lakin bunu Rusiya-Ukrayna müharibəsində mümkün sülh sazişi ilə əlaqələndirmək olmaz.


Bunu NATO-nun baş katibi Mark Rutte telemarafon zamanı efirdə deyib.


Baş katib əmin edib ki, bütün müzakirələrə baxmayaraq, Ukraynanın NATO-ya üzvlük məsələsi alyansın gündəmində qalır:


“Bu, Vaşinqton sammitinin nəticəsi idi: Ukraynanın NATO-ya gedən yolu dönməzdir. Heç nə də dəyişməyib. Biz Ukraynanın nə vaxtsa NATO-ya üzv olacağını deyəndə, bunun sülh sazişinin bir hissəsi olacağına söz vermədik”.


Qeyd edək ki, Kiyev 2024-cü ilin iyulunda Vaşinqtonda keçiriləcək sammitdə NATO-ya rəsmi dəvət alacağına ümid edib, lakin bu baş verməyib.




Report, RBC-Ukrayna

Şərhlər
Dünya bölməsinin xəbərləri