Roma Papası üç dəfə huşunu itirib

Roma Papası Fransisk ötən sutka ərzində üç dəfə huşunu itirib və müstəqil şəkildə nəfəs almağı dayandırıb.


Bu barədə saytlar Müqəddəs Taxt-Tacın mətbuat xidmətindəki mənbəyə istinadən məlumat yayıb.


Məlumata görə, Roma Papası yenidən süni tənəffüs aparatına qoşulub və ona hər gün qan köçürürülür.


Bundan əlavə, dövlət rəsmilərinin və katolik dünyasının rəsmi şəxslərinin Vatikana olan bütün səfərləri ləğv edilib.


Bildirilir ki, Vatikan dəfn şurasını toplayır və xüsusi komissiya hazırlayır.


Qeyd edək ki, xəstəxanaya yerləşdirilən Roma-Katolik Kilsəsinin rəhbərində iki tərəfli pnevmoniya aşkar edilib.


Şərhlər
Dünya bölməsinin xəbərləri

Roma Papası vəfat edib

  • 21 апр, 15:25