Messi yeni rekorda nail oldu

İspaniyanın "Barselona" klubunun forvardı Lionel Messi yeni rekorda nail olub.

Live.az "Barselona"nın rəsmi saytına istinadən bildirir ki, İspaniya primerasının 3-cü turunda "Valensiya"ya qarşı matçda o, 30 dəqiqə ərzində 3 qol vurub.
Beləcə, Messi karyerasında 23-cü het-triki gerçəkləşdirib.

Messinin qarşılaşmanın 11-41-ci dəqiqələrdə vurduğu 3 qol sayəsində katalon klubu 3:2 hesabla qələbəyə nail olub.
Bu minvalla argentinalı Messi 5 qolla La Liqanın bombardirlər siyahısına liderlik edir.
Şərhlər
İdman bölməsinin xəbərləri