Milli komandamızın futbolçusu Almaniya çempionatında ilk qolunu vurub
- 02.09.2013, 14:30,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yığmamızın futbolçusu Rüfət Dadaşov cari mövsüm klubunda qol hesabını açıb. APA-nın məlumatına görə, o, “Kayzerslautern”in U-23 komandasının Regionalliqada “Pfullendorf”a qarşı keçirdiyi oyunda fərqlənib.
Belə ki, “Kayzerslauter”nin II komandası qonaqları 7:0 hesabı ilə darmadağın edib. Rüfət meydana 51-ci dəqiqədə daxil olub və het-trikə imza atmış Yan-Lukas Dorovu əvəzləyib. Dadaşov 64-cü dəqiqədə özü də fərqlənib və komandasının 5-ci qolunu vurub.
Qeyd edək ki, Rüfət Dadaşov millimizin Malta ilə son yoldaşlıq oyununda da dubl etməyi bacarmışdı.