AZAL-ın bir sıra reysləri təhlükəsizlik və ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir



Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin aşağıdakı reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.


Bu barədə live.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.


Məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin İslamabad-Bakı (J2 5144); Dammam-Bakı (J2 8210); Dehli-Bakı (J2 058); Dubay-Bakı (J2 016) reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.


Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri