Ərdoğan: Türkiyə Qarabağ imtahanından uğurla keçib

Türkiyə Qarabağ imtahanından uğurla keçib.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı mitinqdə çıxışı zamanı deyib.


O bildirib ki, Türkiyə nəinki Qarabağ, Suriya, Somali sınaqlarından da alnıaçıq çıxıb: “Biz Qəzza imtahanından da uğurla keçmək üçün çalışırıq. Bütün cəhdlərimizi buna sərf edirik".


Prezidentin sözlərinə görə, Türkiyənin düşmənləri bu ölkənin imicini zədələmək üçün çalışırlar.




Report

Şərhlər
Siyasət bölməsinin xəbərləri