Rusiya MSK: Seçki bülletenlərinin 70 faizi hesablanıb, Putin liderdir



Rusiya prezidentliyinə namizəd və hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində protokolların 70,03 faizinin hesablanmasının nəticələrinə əsasən səslərin 87,17 faizini toplayaraq liderdir.


Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir.


Siyahıda ikinci yerdə 4,19 faiz səs toplayan Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov, üçüncü yerdə 4,08 faiz səslə “Yeni insanlar” Partiyasının namizədi Vladislav Davankov qərarlaşıb. Dördüncü yerdə 3,15% səslə RLDP-nin namizədi Leonid Slutski qərarlaşıb.


Beləliklə, ikinci turun keçirilməsi ehtimalı istisna edilir. Birinci turda seçkidə qalib gəlmək üçün namizəd səsvermədə iştirak edən seçicilərin yarıdan çoxunun səsini almalıdır. Namizədlərdən heç biri bu qədər səs toplaya bilməsə, 21 gündən sonra seçkilərin ikinci turu keçirilir.



Report

Şərhlər
Dünya bölməsinin xəbərləri