ABŞ və Türkiyə Bakı ilə İrəvan arasında davamlı sülhün təşviqi üçün çalışacaqlar



Birləşmiş Ştatlar və Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhü təşviq etmək üçün birgə işləməyi öhdəlik götürüblər.


Bu barədə Türkiyə-ABŞ Strateji Mexanizminin yeddinci görüşü ilə bağlı bəyanatda bildirilib.


Qeyd olunub ki, dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə 7-8 mart 2024-cü il tarixlərində Vaşinqtonda ABŞ-Türkiyə Strateji Mexanizminin yeddinci iclası keçirilib.


“Martın 7-də ABŞ Dövlət Departamentinin və Türkiyə Xarici İşlər Nazirliyinin yüksəkvəzifəli rəsmilərinin rəhbərlik etdiyi açıq, birgə strateji müzakirələr, ardınca isə martın 8-də katib Blinken ilə nazir Fidan arasında görüş baş tutub.


Cənubi Qafqaz məsələsində Blinken və Fidan Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürüblər və bunun regional sabitliyə, əməkdaşlığa və rifaha kömək edəcəyinə dair razılığa gəliblər”, – məlumatda diqqətə çatdırılıb.



Report

Şərhlər
Siyasət bölməsinin xəbərləri