Ankarada Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub



Ankarada Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında görüş olub.


Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.


Y.Gülər həmkarını rəsmi mərasimlə qarşılayıb.


Daha sonra iki nazir arasında görüş keçirilib.


Qeyd edək ki, Z.Həsənov martın 6-da Türkiyəyə rəsmi səfərə gedib.

Şərhlər