Berbok: Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür



Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür.


Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Ararat Mirzoyanla birgə keçirdiyi görüşdə bildirib.


Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hər iki ölkənin böyük əzab və insan itkiləri ilə dolu keçmişi geridə qoymaq üçün atdığı cəsarətli addımlardan danışıb.


Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan liderləri qalan problemlərin sülh yolu ilə həllinə razılaşıblar: "Almaniya iki ölkə arasında danışıqlara ev sahibliyi etməklə, hər iki ölkənin səylərini dəstəkləməkdə qərarlıdır".




Report

Şərhlər
Siyasət bölməsinin xəbərləri