Antalya Diplomatik Forumunda 20 dövlət başçısı, 90 nazirin iştirakı gözlənilir



Martın 1-dən 3-dək keçiriləcək Antalya Diplomatik Forumu (ADF) Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə baş tutacaq.


Beynəlxalq tədbirdə 20-dən çox dövlət və hökumət başçısı, 90-a yaxın nazir, o cümlədən 60-dan çox XİN rəhbəri və 80-ə yaxın beynəlxalq təşkilat nümayəndəsinin iştirakı gözlənilir.


ADF-dən bildirilib ki, üçüncü dəfədir keçirilən beynəlxalq forumda ənənəvi olaraq dövlət və hökumət başçıları, nazirlər, diplomatlar, iş adamları, akademiklər və beyin mərkəzlərinin nümayəndələri hərtərəfli fikir mübadiləsi aparmaq üçün bir araya gələcəklər.


“Böhran Dövründə Diplomatiyanın önə çıxması və rolu” ana mövzusu ilə keçiriləcək ADF 2024, yaşadığımız bu təlatümlü dövrdən sülh yolu ilə çıxış axtarışında ortaq düşüncə zəminini təmin etməyi hədəfləyir. Davam edən müharibələr, terrorizm, qeyri-qanuni miqrasiya, ksenofobiya və islamofobiya, süni intellektin gətirdiyi gözlənilməz risklər, iqlim dəyişikliyi, təbii fəlakətlər və pandemiyalar, genişlənən sosial-iqtisadi uçurum və s. də bura daxildir. Bu məsələlər üzləşdiyimiz qlobal problemlərdən yalnız bir neçəsidir. Qaydalara əsaslanan beynəlxalq nizama inamın aşınması da dövlətlərin fəaliyyət göstərdiyi mühitin proqnozlaşdırılmasına xələl gətirən digər narahatedici tendensiyadır”, - məlumatda bildirilib.


“Dünya təlatümlü dövr keçirdiyi bir dönəmdə qlobal siyasi, iqtisadi və təhlükəsizliyi qorumaq, mövcud vəziyyətdə qlobal çağırışlara cavab vermək üçün diplomatiyadan daha səmərəli necə istifadə edə bilərik?” sualına ADF-2024-dən belə cavab verilib: “Cavab şübhəsiz ki, ənənəvi dialoq çərçivəsindən kənara çıxan yeni diplomatiya anlayışının qəbul edilməsindədir. Bu məqsədlə, ADF bir daha öz hörmətli iştirakçılarına qlobal və regional gündəliyi formalaşdıran problemləri həll etmək və böhranlar zamanı diplomatiyanı vurğulayacaq innovativ vasitələri müzakirə etmək üçün interaktiv və düşündürücü platforma təklif edəcək”.




Report

Şərhlər
Siyasət bölməsinin xəbərləri