Almaniya və Şotlandiya klubları “Qarabağ”ın legioneri ilə maraqlanırlar

Almaniya və Şotlandiya klubları “Qarabağ”ın futbolçusu Abdullah Zubirlə maraqlanırlar.


Söhbət “Auqsburq” və “Seltik”dən gedir.


Adıçəkilən komandalar fransalı yarımmüdafiəçini mövsümün sonunda heyətlərinə qatmaq barədə düşünürlər. 32 yaşlı hücumameyilli futbolçunun UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə görüşdə (4:2) 2 qol, 1 məhsuldar ötürmə verməsi “Auqsburq”la “Seltik”in diqqətini çəkib. Eyni zamanda, Fransa Liqa 1-də çıxış edən bir klubun da ona maraq göstərdiyi bildirilir.


Qeyd edək ki, Abdullah Zubirin “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.



Report, onefootball.com 

Şərhlər
İdman bölməsinin xəbərləri