Avropa Liqası: "Qarabağ" "Braqa" ilə səfər oyununda inamlı qələbə qazanıb



"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.


Komanda Portuqaliyada "Braqa"nın qonağı olub.


Qarşılaşma Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə bitib - 4:2. "Köhlən atlar"ın qollarını 21-ci dəqiqədə Marko Yankoviç (pen), 54 və 69-cu dəqiqələrdə Abdullah Zubir, 65-ci dəqiqədə Olavio Juninyo vurublar.


Meydan sahiblərində 44-cü dəqiqədə Simon Banza, 90+1-ci dəqiqədə Joau Moutinyu (pen) fərqləniblər.


Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.


///



UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək "Braqa" və "Qarabağ"ın start heyətləri bəlli olub.


Live.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.


"Braqa": 1. Mateus, 2. Viktor Qomes, 15. Paulu Oliveyra, 4. Siku Niakate, 26. Kristian Borxa, 28. Joau Moutinyu, 18. Vitor Karvalyo, 16. Rodriqo Salasar, 23. Simon Banza, 9. Abel Ruiz (k), 14. Alvaro Djalo.


Baş məşqçi: Artur Jorje


"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio


Baş məşqçi: Qurban Qurbanov.


Qeyd edək ki, bu gün reallaşacaq oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Şərhlər
İdman bölməsinin xəbərləri