KİV: Zəngəzur dəhlizi məsələsində İran Türkiyə ilə ortaq nöqtəyə gəlməlidir



Ankara və Bakı Zəngəzur dəhlizinin açılmasına çox yaxındır.


Bu barədə Türkiyənin “Haber7” portalında dərc olunan “Türkiyəsiz nizam qalmayıb” sərlövhəli məqalədə yazılıb.


Bildirilib ki, Zəngəzur dəhlizi gec-tez açılacaq: “Beləliklə, Türkiyə ilə türk dövləltəri arasında quru yolu təmin olunacaq. Bu dəhliz İranı narahat edir. Amma Tehran öz maraqları naminə Ankara ilə ortaq nöqtəyə gəlməlidir”.


Məqalədə, həmçinin yazılıb ki, regionda həm İran, həm də Türkiyə üçün ən əsas məsələ Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi və bu zəfərin nəticələridir.




Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri