Azərbaycanın qeyri-neft ixracı 22 % azalıb



Bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 222 milyon ABŞ dolları təşkil edib.


LİVE.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.


Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 % azalıb.


Xatırladaq ki, 2023-cü ildə Azərbaycan 3,3 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu, 2022-ci ilə nisbətən 9,8 % çoxdur.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri