Türkiyə Mərkəzi Bankının rəhbəri istefa verib




Türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Qaye Erkan istefa verib.


Bu barədə Türkiyə mətbuatı xəbər verir.


"Hazırda iqtisadi proqramımız öz bəhrəsini verməyə başlayıb. Ehtiyatların artması, iqtisadi göstəricilər, inflyasiya tendensiyası bu uğurun sübutudur. Müsbət irəliləyişlərə baxmayaraq, ictimaiyyətə məlum olduğu kimi, son vaxtlar nüfuzuma qarşı böyük kampaniya keçirilib. Bunun ailəmə və yaş yarımlıq övladıma təsir etməməsi üçün Prezidentdən vəzifəyə təyin olunduğum ilk gündən şərəflə yerinə yetirdiyim vəzifələrimdən azad etməyi xahiş etdim”, - Erkan TRT telekanalında yayımlanan müraciətində bildirib.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri