Zelenski informasiya müharibəsində qalib gəlməyin yolunu açıqlayıb



Ukrayna Prezidenti Volodimir Zelenski informasiya müharibəsində qalib gəlməyin yolunu açıqlayıb.


O, bu barədə Polşanın Baş naziri Donald Tusk ilə birlikdə tələbələrlə görüşdə çıxışı zamanı deyib.


V. Zelenski söyləyib ki, Rusiya dezinformasiyaların yayılmasına böyük sərmayə qoyur: “Biz isə informasiya müharibəsində yalnız kəşfiyyat və analitika ilə qalib gələ bilərik. Hər şeyə kor-koranə etibar etməmək, hər şeyi yoxlamaq bacarığı lazımdır”.


Onun sözlərinə görə, bu gün informasiya məkanında çoxlu çirkab və nizamsızlıq hökm sürür.


V. Zelenski Ukrayna mediasının az-çox Rusiya dezinformasiyalarından təmizləndiyini diqqətə çatdırıb: “Amma təəssüf ki, bizdə hələ rus nağılına etibar edən media platformaları var”.


Dövlət başçısı ukraynalı tələbələrin Rusiyanın dezinformasiyalarını məğlub edə biləcəklərinə inamını ifadə edib: “Ən vacibi tənbəllik etməmək, nəticə çıxarmazdan əvvəl təhlil etməkdir”.




Report, UNIAN

Şərhlər
Dünya bölməsinin xəbərləri