Azərbaycan BMT ilə COP29-un səmərəli təşkil olunmasını müzakirə edib


Azərbaycanla BMT arasında COP29-un səmərəli təşkil olunması istiqamətində birgə fəaliyyət müzakirə edilib.


Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.


"Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının (UN Climate Change) icraçı katibi Saymon Stil (Simon Stiell) ilə görüşdə COP29-un səmərəli təşkil olunması istiqamətində birgə fəaliyyətimiz və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi apardıq", - deyə o qeyd edib.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri