UEFA-nın Azərbaycan üzrə nümayəndəsi: “Mövsümün birinci yarısında şübhələndiyimiz oyunlar oldu”



“Mövsümün birinci yarısında şübhələndiyimiz oyunlar oldu”.


Bunu  açıqlamasında UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli deyib.


AFFA-nın Qeydiyyat və Statistika Şöbəsinin rəhbəri bildirib ki, bu mövsüm quruma Azərbaycan çempionatlarında danışılmış oyun şübhəsi ilə bağlı müraciətlər daxil olub: “Futbol camiəsində çalışan şəxslər tərəfindən bəzi şübhəli məqamlar bizə bildirilir. Özümüz də monitorinq aparırıq. Əməkdaşlıq etdiyimiz qurumlar tərəfindən müəyyən məlumatlar təqdim edilirdi. Bəzi matçlar nəzarət altına götürüldü”.


Seymur Səlimli mövsümün ikinci yarısında da matçların nəzarətdə saxlanılacağını sözlərinə əlavə edib.




Report

Şərhlər
İdman bölməsinin xəbərləri