“The Best”: FIFA ötən ilin ən yaxşılarını mükafatlandırdı



FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibləri müəyyənləşib.


 2023-cü ilin fərqlənən futbol adamlarının mükafatlandırıldığı mərasim İngiltərənin paytaxtı Londonda keçirilib.


Ötən ilin ən yaxşı futbolçusu ABŞ-ın “İnter Mayami” komandasının argentinalı ulduzu Lionel Messi seçilib. Lakin futbolçu tədbirdə iştirak etmədiyi üçün mükafat ona təqdim edilməyib.


Nominasiyalar üzrə qaliblər aşağıdakılardır:


Ən yaxşı kişi futbolçu


Lionel Messi (“İnter Mayami” / Argentina)


Ən yaxşı qadın futbolçu


Aytana Bonmati (“Barselona”, İspaniya)


Ən yaxşı kişi baş məşqçi


Xosep Qvardiola (“Mançester Siti” / İspaniya)


Ən yaxşı qadın baş məşqçi


Sarina Viqman (İngiltərə millisi / İngiltərə)


Ən yaxşı kişi qapıçı


Ederson (“Mançester Siti” / Braziliya)


Ən yaxşı qadın qapıçı


Meri Erps (“Mançester Yunayted” / İngiltərə)


Fair Play mükafatı


Braziliya milli komandası


“Puşkaş mükafatı”


Gilyerme Madruqa – “Botafoqo”nun heyətində “Novorizontino”ya vurduğu qol


“Ən yaxşı azarkeş” mükafatı


Huqo Daniel


“İlin simvolik komandası”


Qapıçı: Tibo Kurtua


Müdafiəçilər: Kayl Uoker, Con Stounz, Ruben Diaş


Yarımmüdafiəçilər: Bernardo Silva, Kevin De Bruyne, Jud Bellinqem


Hücumçular: Lionel Messi, Erlinq Haaland, Kilian Mbappe, Vinisius.

Şərhlər
İdman bölməsinin xəbərləri