Texasda hoteldə partlayış baş verib, onlarla insan yaralanıb



ABŞ-nin Texas ştatının Fort-Uort şəhərindəki “Sandman Signature” hotelində baş vermiş partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb.


Bu barədə "Fox News" telekanalının yerli bölməsi məlumat yayıb.


Bildirilib ki, bir nəfərin vəziyyəti ağırdır, dörd nəfər ağır yaralanıb, lakin onların həyatı üçün təhlükə yoxdur. Qalanları yüngül xəsarətlər alıblar. Ölənlər yoxdur.


Hadisə yerinə gələn yanğınsöndürənlər səbəbin qaz partlayışı olduğunu bildiriblər. Hoteldə təmir-bərpa işlərinin aparıldığı qeyd edilir.


Buna baxmayaraq, mehmanxana işləməyə davam edib.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri