Əfsanəvi futbolçu Frans Bekkenbauer vəfat edib



Futbol üzrə dünya çempionu Frans Bekkenbauer 78 yaşında vəfat edib.


Bu barədə "Spiegel" qəzeti yazıb.


Bekkenbauer Almaniya millisinin tərkibində 1974-cü ildə dünya çempionu və 1972-ci ildə Avropa çempionatının qalibi olub.


O, həmçinin Almaniya çempionatını və kubokunu dörd dəfə qazanıb, üç dəfə Çempionlar Kubokunun qalibi olub.


Bekkenbauer futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri hesab olunur. O, iki dəfə - 1974 və 1976-cı illərdə "Qızıl top"u qazanıb.

Şərhlər
İdman bölməsinin xəbərləri