İran Prezidenti: “Kirmanda törədilən terror aktlarının qisası alınacaq”

İran Prezidenti İbrahim Rəisi ölkənin Kirman şəhərində törədilən terror aktlarının qisasının alınma vaxtını və yerini İran Silahlı Qüvvələrinin təyin edəcəyini bildirib.


O, bunu Kirman şəhərində törədilən hücumda həlak olan 89 nəfərin dəfn mərasimində çıxışı zamanı deyib.


İ.Rəisi İranın gücünün ən mühüm amil olduğunu xatırladıb: “Düşmənlər artıq bizim gücümüzü görüb və hiss ediblər. İran Silahlı Qüvvələri təşəbbüsü ələ alacaq və cavab tədbirinin vaxtını və yerini müəyyənləşdirəcək”.


Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri