Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb


Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 73-ə çatıb.


LİVE.az TASS- a istinadən xəbər verir ki, məlumatı Yaponiyanın regional hakimiyyəti yayıb.


Bidirilib ki, 100-dən çox insan yaralanıb, 200-dən artıq yaşayış binası, 250-dən artıq tikilməkdə olan bina dağılıb.


///


Yaponiyanın mərkəzi hissəsində artıq ikinci gündür davam edən zəlzələ nəticəsində ümumi sayı 62 nəfərə çatıb.


LİVE.az xəbər verir ki, bu barədə bölgə rəhbərliyi bildirib.


Məlumata görə, yüzdən çox insan yaralanıb, onlardan 17-si ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qurbanların və xəsarət alanların əksəriyyəti davam edən zəlzələlərin episentrində olan və təbii fəlakətdən ən çox zərər çəkən İsikava prefekturasının sakinləridir.


Zəlzələlərin fəsadları ilə əlaqədar ölkənin İsikava, Niiqata və digər ərazilərin 60 minə yaxın sakini təxliyə edilib.



///



2024-01-01 13:35

Yaponiyada silsilə zəlzələlər baş verib, sunami təhlükəsi elan edilib


Yaponiyanın qərbindəki İsikava prefekturasında iki güclü zəlzələ baş verib, yealtı təkanlar Osaka və Kioto şəhərlərində, eləcə də Tokioda hiss olunub.


Live.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.


Məlumata görə, ilk zəlzələ 5,7 maqnitudada, ikincisi 7,4 maqnitudada qeydə alınıb.


Ölkə ərazisində sunami təhlükəsi elan edilib.


Dağıntılar və itkilər dəqiqləşdirilməyib.

Şərhlər
Dünya bölməsinin xəbərləri