ADY: "Bayram günlərində qatarlar hər gün Qəbələyə hərəkət edəcək"



Artan şərnişin tələbatı nəzərə alınaraq “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus sürətli sərnişin qatarları bayram günlərində hər gün Qəbələ istiqamətində hərəkət edəcək.


LIVE.az-ın ADY-yə istinadən verdiyi məlumata görə, qurum sərnişinləri mənzilbaşına təhlükəsiz və rahat çatdırılması üçün xidmət keyfiyyətini vaxtaşırı təkmilləşdirir və vaqon parkını müasirləşdirir.


Belə ki, Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatarlar 30-31 dekabr 2023-cü il, 01– 06 yanvar 2024-cü il tarixlərində Bakıdan Qəbələyə saat 07:30-da, Qəbələdən Bakıya isə saat 19:00-da yola düşəcək.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri