Türkiyə Superkuboku: "Qalatasaray" - "Fənərbağça" matçı təxirə salınıb



Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray" və "Fənərbağça" komandaları arasında oynanılması planlaşdırılan ölkə Superkuboku ilə bağlı açıqlama yayıb.


TFF qarşılaşmanın təxirə salındığını bildirib.


Hər iki komanda Səudiyyə Ərəbistanındakı görüşdə stadiona getməyib. Buna səbəb Səudiyyə Ərəbistanının daha əvvəl qarşılaşma ilə bağlı bir neçə tələb irəli sürməsi olub.


Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlamalı idi.

Şərhlər
İdman bölməsinin xəbərləri