KİV: Mbappe PSJ ilə müqavilə müddətini uzatmır, "Real"a keçir



Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe klubla başa çatan müqaviləsinin müddətini uzatmayacaq.


"El Chiringuito" nəşri xəbər verir ki, 25 yaşlı hücumçu İspaniya təmsilçisi "Real"a transferini nəzərdən keçirir.


2024-cü ilin əvvəlində tərəflər arasında razılıq əldə oluna bilər.


Qeyd edək ki, Mbappe cari mövsüm Paris klubunun heyətində bütün turnirlərdə 22 oyun keçirib, 21 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə müqavilə müddəti yayda başa çatacaq.

Şərhlər
İdman bölməsinin xəbərləri