Bakı məktəblərində 505 mindən çox şagird təhsil alır



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə 505 470 şagirdin təlim-tərbiyəsi ilə 29 544 müəllim məşğul olur.


Live.az-ın məlumatına görə, bu barədə mediaya İdarədən məlumat verilib.


BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 42 226, IX siniflərində 43 490, XI siniflərində 28 288, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 166 nəfər təhsil alır.

Şərhlər
Sosial bölməsinin xəbərləri