AYNA: “Qırmızı Körpü” gömrük postunda 998 avtomobil gözləyir"



Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 998 avtomobil gözləyir.


Bu barədə live.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.


Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 7, “Biləsuvar” gömrük postunda 35, “Qırmızı Körpü” gömrük postunda 998, “Mazımqara” gömrük postunda 24, “Samur” gömrük postunda 5 və “Xanoba” gömrük postunda 4 yük maşını var.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri