Çində güclü zəlzələ nəticəsində ölənlərin sayı 126 nəfərə çatıb



Çinin şimal-qərbindəki Qansu və Çinxay əyalətlərində baş vermiş zəlzələ qurbanlarının sayı azı 126 nəfərə çatıb.


Live.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.


Məlumata görə, 1,5 mindən çox xilasedicinin iştirak etdiyi fəlakət zonasında genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.


Qeyd edilir ki, Qansuda ölənlərin sayı 100-ə çatıb, Çinxayda isə 11 nəfər ölüb. Daha əvvəl 230-dan çox insanın xəsarət aldığı bildirilirdi.

Şərhlər
Dünya bölməsinin xəbərləri