ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Türkiyənin məhsuldar rolunu alqışlayır



ABŞ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasında Türkiyənin məhsuldar rolunu alqışlayır.


Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.


"Bu mövzu ABŞ dövlət katibi Antoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında aparılan müzakirələrin bir hissəsidir. Bu, onların mütəmadi olaraq müzakirə etdiyi məsələdir. Biz Türkiyənin bu məsələdə məhsuldar rolunu alqışlayırıq. Türkiyə xarici işlər nazirinin sülhlə bağlı sözləri ilə razıyıq. ABŞ buna nail olmaq üçün iki tərəf arasında birbaşa danışıqları dəstəkləyir", - M.Miller qeyd edib.


Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün əlindən gələni etməyə hazırdır:


"Azərbaycanla Ermənistan arasındakı sülhün bərqərar olması üçün əlimizdən gələni etməyə hazırıq. Sülh danışıqlarının hansı mərhələdə olduğunu Prezident İlham Əliyev və nazir Ceyhun Bayramovla danışmışıq. Hesab edirik ki, sülhün bərqərar olması üçün kiçik texniki detalları çıxmaq şərti ilə heç bir problem yoxdur".



Report

Şərhlər
Siyasət bölməsinin xəbərləri