Keniya gələn ildən turistlər üçün viza rejimini ləğv edəcək



Keniya Prezidenti Uilyam Ruto ölkəsinin 2024-cü ilin yanvarından dünyanın bütün ölkələrindən gələn turistlər üçün viza rejimini ləğv etmək niyyətində olduğunu bildirib.


Onun sözlərinə görə, bu təşəbbüsü həyata keçirmək üçün Keniyaya gələn bütün səyahətçilərin əvvəlcədən müəyyənləşdirilməsini təmin etmək üçün rəqəmsal platforma hazırlanıb.


Bu o deməkdir ki, bütün turistlər ölkəyə səfər etməzdən əvvəl yalnız elektron səyahət icazəsi almalıdırlar.


Açıqlamada deyilir ki, həmin addım Keniyanın qloballaşma prosesinin bir hissəsidir və bu, ölkənin sosial-iqtisadi inkişafına təkan verəcək.

Şərhlər
Dünya bölməsinin xəbərləri