İtaliyada qatarlar toqquşub, xəsarət alanlar var



İtaliyada qatarların toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.


Bu barədə ölkənin Yanğınsöndürmə Xidməti “X” sosial şəbəkəsindəki hesabında bildirib.


Qeyd olunur ki, Faenza və Forli şəhərləri arasındakı Bolonya-Rimini xəttində yüksək sürətli və regional qatarlar toqquşub.


Yerli ANSA xəbər agentliyi isə bildirib ki, axşam saatlarında baş verən qəzada 17 nəfər xəsarət alıb.


Ölkənin Dövlət Dəmir Yolları Xidməti qəzaya görə xüsusilə Castelboloqnese-Forli dəmir yolu xəttində bütün səfərlərin dayandırıldığını bildirib.


Hadisənin başvermə səbəbi açıqlanmır. Qəza ilə bağlı araşdırma aparılır.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri