İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəsin vaxtı açıqlanıb


İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəsin vaxtı açıqlanıb.


Bu barədə "The Times of Israel" nəşri məlumat yayıb.


Məlumatda qeyd edilib ki, İsrail rəsmisi atəşkəsin sabah saat 10:00-da başlayacağını bildirib.


Qeyd edək ki, HƏMAS 150 fələstinli məhbusun əvəzində Qəzza zolağında saxlanılan 50 girovu azad edəcəyinə söz verib.


Razılaşma baş tutarsa, bu, oktyabrın 7-də İsrailə hücum zamanı HƏMAS tərəfindən əsir götürülən təxminən 240 nəfərdən 100-nün azad edilməsi demək olacaq. İsrail də öz növbəsində iki mübadilədə cəmi 300 fələstinli məhbusu azad edəcək.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri