Britaniyaya yeni DİN və XİN başçıları təyin olunub



 

Böyük Britaniya hökumətində kadr dəyişikliyi edilib.


“Report” xəbər verir ki, bu barədə krallığın Baş naziri Rişi Sunak bildirib.


Onun sözlərinə görə, daxili işlər naziri Suella Braverman tutduğu vəzifədən azad edilib, onun yerinə xarici işlər naziri Ceyms Kleverli təyin olunub.


Devid Kemeron Böyük Britaniyanın xarici işlər naziri təyin olunub.


O, 2010-2016-cı illərdə Böyük Britaniyanın Baş naziri olub.


Qeyd edək ki, Ingiltərənin daxili işlər naziri Suella Braverman polisin propalestin marşları ilə bağlı tənqid səbəbindən istefaya göndərilib.

Şərhlər
Dünya bölməsinin xəbərləri