Türkiyə lideri: “Xəzər qazının Avropaya çatdırılması bu qitənin enerji təhlükəsizliyinə töhfə verəcək”



“Xəzər dənizinin təbii qazının Avropaya çatdırılması bu qitənin enerji təhlükəsizliyinə töhfə verəcək”.


Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Qazaxıstanın Astana şəhərində keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.


O bildirib ki, Şərq-Qərb dəhlizi inkişaf etdirilməlidir: “Bu, bütün regionun inkişafına töhfə verəcək”.


R.T.Ərdoğan, həmçinin söyləyib ki, türk dövlətləri arasında əməkdaşlıq da inkişaf etdirilməlidir: “Vahid əlifbanın yaradılması istiqamətində işlər davam edir. Bütün türk dünyasının təhlükəsizliyi və rifahı uğrunda addımlar atmağa davam edəcəyik. Qarşımızdakı dövrü türk dövrü etmək üçün çalışacağıq”.




Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri