Dünya çempionatı: Azərbaycan millisi bu gün 1/4 final oyununa çıxacaq



Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün 1/4 final oyununa çıxacaq.


 Kollektiv Bolqarıstan ilə üz-üzə gələcək.


Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Azərbaycan komandası əvvəlki rmərhələdə Portuqaliyanı (3:0), rəqib isə İngiltərəni (2:1) mübarizədən kənarlaşdırıb. Milli qrup mərhələsində Misir, İraq və Küveyti, bolqarlar isə Oman, Monteneqro və Yaponiyanı məğlub edib.



Report

Şərhlər
İdman bölməsinin xəbərləri